Muğanlı-Yevlax avtomobil yolu yenidən qurulur
30 aprel 2014 11:20 (UTC +04:00)

Muğanlı-Yevlax avtomobil yolu yenidən qurulur

Muğanlı-Yevlax avtomobil yolu yenidən qurulur. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, Muğanlı-Yevlax avtomobil yolu Bakı-Şamaxı avtomobil yolunun tərkib hissəsidir: “Bu yolun ümumi uzunluğu Ağsu dolayları və rayona düşən yol sahəsi istisna olmaqla, 15,5 km-dir. Yolun torpaq yatağının eni 12,5 metr, hərəkət hissəsi isə 7,5 metrdir. Yolboyu 6 körpü var ki, onların 5-i sökülərək yenidən tikiləcək, birinin isə əsaslı təmir edilməsi nəzərdə tutulub. Bundan əlavə, 260 ədəd müxtəlif diametrli suötürücü borunun 210-u artıq tikilib.

Yolun 6 hissəsində dairəvi yol kəsişmələrinin salınması nəzərdə tutulur. Onların ikisi artıq tikilib. Torpaq işləri 98 faiz yerinə yetirilib”.

 

2014-cü ildə bu layihənin yekunlaşması planlaşdırlır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906
avatar

Nizam Rza

Oxşar yazılar