Mərkəzi Bankdan dolların məzənnəsi ilə bağlı <span style="color:red;">AÇIQLAMA
23 fevral 2015 10:54 (UTC +04:00)

Mərkəzi Bankdan dolların məzənnəsi ilə bağlı AÇIQLAMA

Azərbaycanda 1 ABŞ dollarının rəsmi məzənnəsi fevralın ayının 24-dək, yəni bu günün sonuna qədər 1,05 manat səviyyəsində qalacaq.

 

Bu barədə “APA-Economics”ə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

 

“Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Həmin məzənnə 21-23 fevral tarixlərində qüvvədə qalacaq”, - deyə AMB rəsmisi bildirib.

 

Qeyd edək ki, sosial şəbəkələrdə manatın məzənnəsi ilə bağlı kommersiya banklarına AMB tərəfindən göndərilən məktub yayılıb.

 

Fevralın 22-si AMB-nin sədr müavini Aftandil Babayevin imzası ilə göndərilən məktubun mətnində deyilir: "21 fevral 2015-ci il tarixində dərc olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının 21.02.2015-ci il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələri bülleteni" 21, 22, 23 fevral 2015-ci il tarixlərində qüvvədə olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 273
avatar

Oxşar yazılar