Mərkəzi Bank bağlanan banklardan birini məhkəməyə verib
12 mart 2016 19:50 (UTC +04:00)

Mərkəzi Bank bağlanan banklardan birini məhkəməyə verib

Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyası ləğv edilmiş “Gəncəbank” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

Lent.az-ın “Report”a istinadən məlumatına görə, AMB bankın müflis elan edilməsi, ləğvedici qismində “Azerbaijan İnternational Consulting Company” MMC-nin təyin edilməsi, ləğvediciyə ödəniləcək aylıq əmək haqqının 15 min manat məbləğində müəyyən edilməsi barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vəsatəti təmin etməyib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, AMB-nin İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 289
avatar

Oxşar yazılar