Gürcüstandan Azərbaycana pul köçürmələrin həcmi artıb
18 avqust 2016 13:35 (UTC +04:00)

Gürcüstandan Azərbaycana pul köçürmələrin həcmi artıb

Bu ilin 7 ayında Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 790,1 min dollar pul köçürülüb.

 

APA-Economics” Gürcüstan Milli Bankına istinadən xəbər verir ki, bu, 2015-ci ilin iyul ayı ilə müqayisədə 232,9 min dollar və ya 41,8% çoxdur. İyun ayı ilə müqayisədə iyul ayında Gürcüstandan ölkəmizə pul axını 12,9 min dollar və ya 1,61% azalıb.

 

Ümumiyyətlə, hazırda bu ölkədən Azərbaycana köçürülən pulun Gürcüstandan xaricə köçürülmüş pul vəsaitlərində xüsusi çəkisi 5,02%-ə bərabərdir.

 

Hesabat dövrü ərzində Azərbaycandan Gürcüstana 1 065,6 min dollar pul göndərilib ki, bu da 2015-ci ilin iyul ayına nisbətən 226,1 min dollar və ya 17,5% azdır. Bu ilin iyun ayı ilə iyul ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pulköçürmələrin həcmi 85,1 min dollar və ya 8,68% artıb.

 

Ümumiyyətlə, bu ilin 7 ayının nəticələrinə görə, Azərbaycandan bu ölkəyə köçürülən vəsait ümumi pul köçürməsinin 1,06%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314
avatar

APA Baycan

Oxşar yazılar