Dünyada ən böyük qazma maşını olan və indiyədək cəmi 4 ədədi istehsal edilmiş “Bauer BG50” texnikası Bakıya gətirilib. Lent.az-ın məlumatına görə, bir müddət əvvəl bu qazma qurğusu "Crescent Development Project" layihəsinin "Hotel" hissəsində 2000 mm diametrində olan svayların inşasında istifadə etmək üçün paytaxta gətirilib.
Qeyd edək ki, bu texnikanın qiyməti bir neçə milyon dollarlarla ölçülür.