Bakıda Dövlət Gömrük Komitəsi - TÜSİAB işgüzar görüşü keçililir
30 mart 2016 16:04 (UTC +04:00)

Bakıda Dövlət Gömrük Komitəsi - TÜSİAB işgüzar görüşü keçililir

 

 

Bu gün Bakıda Dövlət Gömrük Komitəsi – TÜSİAB (Azərbaycan-Türk Beynəlxalq Sənayeçi və İş adamları Cəmiyyəti) işgüzar görüşü baş tutub.

 

"APA-Economics" xəbər verir ki, görüş "Gömrük islahatları yeniliklər və perspektivlər" mövzusunda keçirilib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən TÜSİAB-ın İdarə Heyətinin sədri Yavuz Keleş bildirib ki, cəmiyyət 22 ildir Azərbaycan və Türkiyəyə xidmət göstərməkdən qürur hissi duyur. Y. Keleş son zamanlar Türkiyədə baş verən terror hadisələrinə toxunaraq bildirib ki, ölkəsi bu hadisələrdən üzüağ çıxacaq: "Bu çətin gündə Azərbaycan Türkiyəni yalnız buraxmadı. Biz bir daha anladıq ki, Azərbaycan hər zaman Türkiyənin yanındadır və belə də olacaq. Anladıq ki, türkün türkdən başqa dostu yoxdur. Türk milləti və dünyası bunu birdəfəlik yaddaşına həkk edib".

 

Azərbaycanda son zamanlar aparılan islahatlardan danışan TÜSİAB rəhbəri qeyd edib ki, bu proses ölkənin inkişafına xidmət edir və onun rəhbərlik etdiyi cəmiyyət hər zaman bu inkişafa dəstək verəcək.

 

Y. Keleş Azərbaycanın gömrük sistemindəki şəffaflığı yüksək qiymətləndirib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev də çıxışına Türkiyədə baş verən terror aktlarına toxunaraq başlayıb. A. Əliyev bildirib ki, Türkiyə çox güclü və istənilən terrorlarla mübarizə aparmaq iqtidarında olan dövlətdir.

 

Ölkə baş verən iqtisadi proseslərə toxunan DGK sədri qeyd edib ki, qlobal iqtisadi böhran və neftin qiymətinin azalması ilə əlaqədar gömrük orqanları qarşısında konkret vəzifələr qoyulub: "Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının daha da zənginləşdirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı gömrük orqanları qarşısında konkret tapşırıqlar qoyulub. Bildiyiniz kimi, gömrük prosedurları sadələşdirilib. Biz bəzi yerli istehsal olan malların vergi rüsumundan azad olunması, bəzi vergi rüsumlarının azaldılması ilə bağlı təkliflər hazırlamışıq. Təkliflər hökumətə verilib".

 

A. Əliyev əlavə edib ki, onun rəhbərlik etdiyi qurum türkiyəli həmkarları ilə sıx əməkdaşlıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298
avatar

APA Baycan

Oxşar yazılar