Bakıda daha bir piyada keçidi
28 dekabr 2012 17:13 (UTC +04:00)

Bakıda daha bir piyada keçidi

Bakıda daha bir piyada keçidi istifadəyə verilib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, yeni keçid Nizami rayonu ərazisində, Qara Qarayev prospektində yerləşir: “Heydər Əliyev parkının prospektin əks tərəfi ilə birləşdirən keçidin uzunluğu 45, eni 12, hündürlüyü isə 3 metrdir. Keçidin 4 çıxışı var və burada yağış-qrunt sularının çəkilməsi üçün xüsusi drenaj sistemi quraşdırılıb, nasosxana istifadəyə verilib. Həmçinin keçiddə müasir işıqlandırma sistemi quraşdırılıb, döşəmə və divarlar mərmərlə örtülüb. Pilləkənlərdə isə ilk dəfə olaraq yanmış mərmərdən istifadə olunub ki, sürüşkənlik aradan qalxsın”.

 

Qeyd edək ki, yeni keçid tikilmiş ərazi nəqliyyatın və insanların sıx hərəkət etdiyi yerlərdəndir.

# 1573
avatar

Nizam Rza

Oxşar yazılar