Bakıda həyata keçirilən “Port Baku” layihəsi çərçivəsində ikinci çoxmərtəbəli qüllənin (“Tower”) tikintisinə başlanılıb. Lent.az-ın məlumatına görə, Neftçilər prospektindəki kompleksin sol tərəfində, dəmir yolu xəttinin kənarında (Yusif Səfərov küçəsi istiqamətində) yeni çoxmərtəbəli binanın tikintisinə başlanılıb. Tikintini “MACE” şirkəti həyata keçirir.
Qeyd edək ki, hazırda “Port Baku Mall”-da son tamamlama işləri həyata keçirilir. Yaxın vaxtlarda yeni alış-veriş mərkəzinin açılışı gözlənilir.