"SOCAR Türkiye Enerji" "Petkim"dəki payının bir hissəsini satıb
10 oktyabr 2016 15:52 (UTC +04:00)

"SOCAR Türkiye Enerji" "Petkim"dəki payının bir hissəsini satıb

"SOCAR Türkiye Enerji" "Petkim Petrokimya Holding"dəki 1,67%-lik payını satıb.

 

"APA-Economics" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, birjada satılan səhmlərin nominal 4,57 lirə, səhmlərin sayı isə 25 mln. ədəddir.

 

"Bununla da "SOCAR Türkiye Enerji"nin payını 56,32%-dən 54,65%-dək azalıb", - deyə şirkətin açıqlamasında deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628
avatar

APA Baycan

Oxşar yazılar