[b]İcbari avtosığortalarla bağlı kağız dövrü bitdi[/b]
01 noyabr 2017 11:31 (UTC +04:00)

[b]İcbari avtosığortalarla bağlı kağız dövrü bitdi[/b]

0
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə kağız daşıyıcıda daha əvvəl (2016-cı il 31 oktyabr, saat 23:59-dək) bağlanmış müqavilələrin (şəhadətnamələrin) təminat müddəti cari ilin 31 oktyabr tarixində saat 23:59-da bitib.
 
İcbarı Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, bununla, kağız şəhadətnamə blanklarında rəsmiləşdirilmiş icbari avtoməsuliyyət sığortası müqavilələri tamamilə dövriyyədən çıxarılıb.
 
Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri yalnız elektron sənəd formasında bağlanılır. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar