![[b]Gələn il Azərbaycan iqtisadiyyatı 1,6% artacaq - ING[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Gələn il Azərbaycan iqtisadiyyatı 1,6% artacaq - ING[/b]
Hollandiyanın ING bankı 2017-ci ildə Azərbaycanda ÜDM-in 1% azalacağını proqnozlaşdırır.
"APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə bankın proqnozunda qeyd edilib.
Bankın proqnozuna əsasən, 2018-ci ildə Azərbaycanda 1,6% səviyyəsində iqtisadi artım baş verəcək.
"2017-ci ilin 4 ayının nəticələri göstərir ki, Azərbaycanda 1,2% səviyyəsində iqtisadi geriləmə mövcuddur. Bu səbəbdən biz proqnozumuzu dəyişərək bu il Azərbaycanda ÜDM-in 1% azalacağını (bundan əvvəl bank 1% artım proqnozlaşdırıb) proqnozlaşdırırıq", - deyə bankın analitikləri qeyd edib.
Bankirlər hesab edir ki, neft və qaz hasilatının 2,5-5% azalması 2017-ci ildə iqtisadi artımı zəiflədəcək. Belə ki, neft sektorunun ÜDM-də payı 42% təşkil edir.
Qeyd edək ki, Azərbaycan hökuməti 2017-ci ildə ÜDM-in 1% artacağını proqnozlaşdırır.
Əlavə edək ki, ötən il Azərbaycan iqtisadiyyatı 3,8% geriləyib.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18