[b]Azərbaycanda 2 milyardıncı ton neft hasil olunacaq[/b]
01 noyabr 2017 10:55 (UTC +04:00)

[b]Azərbaycanda 2 milyardıncı ton neft hasil olunacaq[/b]

0

“Bu günlərdə biz 2 milyardıncı ton Azərbaycan neftinin hasil olunmasının şahidi olacağıq”.

 

APA-Economics” xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən Neft-Qaz Cəmiyyətinin İllik Xəzər Texniki konfrans və sərgisinin iştirakçılarına ünvanladığı məktubda deyilir. Məktubu X. Yusifzadənin müşaviri Natiq Abbasov oxuyub.

 

“Milyardıncı ton Azərbaycan neftinin hasil olunması 1971-ci ilin martın 21-ə təsadüf edib. Bu ilin aprel ayında ölkə başçısının neftçilərlə görüşündə biz 2 milyardıncı ton Azərbaycan neftinin bu il hasil olunacağını demişdik. Bu, çox əlamətdar hadisədir. Kiçik bir ölkədə bu həcmdə neftin hasil edilməsi həqiqətən də böyük hadisədir. Bu hasilat 1871-ci ildən uçota alınır. O vaxtadək Azərbaycanda nə qədər neftin hasil olunduğunu bir Allah bilir”, - deyə məktubda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 506

Oxşar yazılar