<span style="color:red;">(R)  United Sport Bakının mərkəzində yerini dəyişib
10 sentyabr 2015 12:30 (UTC +04:00)

(R) United Sport Bakının mərkəzində yerini dəyişib

United Sport – Birləşmiş idman malları mağazası Bakının mərkəzində - Bülbül prospektindən Səməd Vurğun küçəsi 34 ünvanında yerləşən AF malla köçüb. Yerdəyişmənin səbəbi mağazanın yeni konsepsiyasının daha geniş məkan tələb etməsidir. Xatırladaq ki, daha əvvəl United Sport-un Əhmədlidəki mağazası bu konsepsiya ilə yaradılıb.

United Sport dünyanın 40-dan artıq tanınmış idman brendinin məhsullarını təqdim edir. Brendlərin sayı və kolleksiya rəngarəngliyi istər peşəkar idman, istərsə də, gündəlik sərbəst üslubunda idman geyimləri seçənlərə bol çeşid imkanı verir.  United Sport Adidas, Nike, Puma, Reebok, The North Face, Le Coq Sportif, Scott, Sube, Life Fitness, Converse, Lotto, Fila kimi bir çox məşhur brendlərin rəsmi təmsilçisidir.

United Sport geniş yaş kateqoriyasına idman üçün lazım olan hər şey – geyim, ayaqqabı, idman alətləri və avadanlığı, trenajorlar, velosipedlər – təklif etməklə idman brendlərinin rəsmi təmsilçisi kimi sağlam həyat tərzinin önəmini vurğulayır. Hər bir müştərinin istək və maraqlarını diqqətdə saxlamaq məqsədilə burada xüsusi məsləhətçi qrupu da xidmət göstərir.

United Sport-da təmsil olunan orijinal idman brendlərinin kolleksiyaları mövsüm trendlərinə uyğun müntəzəm yenilənir. Adidas, Nike, Puma, Reebok kimi markaların geniş çeşidi bol seçimi ilə fərqlənir. Burada ən son texnologiyaları əks etdirən məhsullara da geniş yer ayrılır. Məsələn,  The North Face gödəkcələri dünyanın ən sərt iqlimlərində sınaqdan keçirilib, çox yüngül və universaldır. Bu gödəkcələr su və külək buraxmır, istini saxlayır, xüsusi materialı sayəsində bədəni tərləməyə qoymur.

Rəsmi təmsilçi olan United Sport univermağında dünyanın lider velosiped brendlərinin - Cube, Scott, Cannondale, Focus, Bianchi, Cervelo - orijinal və innovativ modelləri də çox geniş çeşiddə təqim olunur. Burada məşhur markaların ən son texniki innovasiyaları ilə təchiz olunmuş eksklüziv modelləri də var. 

Qeyd edək ki, United Sport univermağında həm qadın və kişi, həm də uşaqlar üçün idman malları təklif edilir.


Ətraflı məlumat üçün: https://www.facebook.com/unitedsportbaku?fref=ts

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516
avatar

Oxşar yazılar