Azərbaycanda bank satıldı <span style="color:red;">- 38 milyon manata
14 yanvar 2015 12:53 (UTC +04:00)

Azərbaycanda bank satıldı - 38 milyon manata

Bir müddət öncə lisenziyası bərpa olunan "Kövsər Bank"ın səhmlərinin böyük hissəsi şirkətlərdən birinə satılıb. Lent.az-ın marja-ya istinadən məlumatına görə, dekabrın 25-də Bakı Fond Birjasında “Kövsər Bank”ın 38 milyon manatlıq yeni səhm emisiyasının Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan “Synergy Group” ASC-nin aldığı bildirilir.

 

“Synergy Group” ASC-nin İdarə Heyətinin sədri  Kamran Abbasov bu barədə məlumat verə bilməyəcəyini deyib: “Biz 3 ildir bank almaq istəyirdik. Amma hazırda “Kövsər Bank” barədə Sizə bir məlumat verə bilməyəcəm. Səhmdarlar ilə danışdıqdan sonra əlavə məlumat təqdim edərəm”.

 

“Marja” öz kanalları vasitəsilə məlumatın doğru olduğunu müəyyənləşdirib.

 

Qeyd edək ki, bir müddət əvvəl  “Kövsər Bank” İdarə Heyətinin sədri Heydər İbrahimov bildirmişdi ki, “Kövsər Bank” səhmlərinin 76%-ni kənar investora satıb.  Onun sözlərinə görə, səhmləri alan ölkədaxili investordur: “Kommersiya sirri olduğundan investorun kimliyini açıqlamırıq. Yalnız onu deyə bilərəm ki, xaricdən investor cəlb etməmişik və bankın əsas səhmdarı dəyişir”.

 

Dekabrın 25-də Bakı Fond Birjasında “Kövsər Bank”ın 38 milyon manatlıq yeni səhm emisiyasının yerləşdirilməsi nəticəsində Bankın nizamnamə kaitalı 12.02 milyon manatdan 50.02 milyon manata yüksəlib.

 

Azərbaycan Mərkəzi Bankı (AMB) “Kövsər Bank”ın lisenziyasını bu ilin aprelində bərpa etmişdi. “Kövsər Bank” ASC 1989-cu ildə “Universal Bank” kimi yaradılıb. “Kövsər Bank” islam bankçılığı prinsipləri üzrə fəaliyyət göstərirdi və faizlə kredit vermirdi. Bankın prinsipini dəyişib-dəyişməyəcəyi məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar