“İkinci çörək” kəskin bahalaşdı
16 dekabr 2013 09:55 (UTC +04:00)

“İkinci çörək” kəskin bahalaşdı

Son iki gün ərzində Azərbaycanda kartofun qiymətində kəskin bahalaşma müşahidə olunur. Lent.az-ın məlumatına görə, bazar və mağazalarda kartofun bir kiloqramının qiyməti 1 manat 20 qəpiyədək bahalaşıb. Bəzi kartof növləri isə 1 manat 40 qəpiyə satılır.

 

Satıcılar qiymət artımını qarlı-şaxtalı hava şəraiti və yanacağın qiymətinin artması ilə əsaslandırırlar. Bildirilir ki, kartofun topdan satış qiymətində artım olduğu üçün pərakəndə satışda da bu müşahidə edilir.

Bir neçə gün əvvələdək kartofun bir kiloqramı 60-80 qəpik arası qiymətə satılırdı.

Qeyd edək ki, son vaxtlarda bazarlarda Rusiya və Gürcüstandan gətirilmiş kartoflara daha çox rast gəlinir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7102
avatar

Nizam Rza

Oxşar yazılar