
“Gilan Holding”-in məhsulları WorldFood Azerbaijan və CaspianAgro sərgilərində böyük maraq doğurub
“Gilan Holding”-in məhsulları 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində (WorldFood Azerbaijan) və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (CaspianAgro) böyük maraq doğurub.
Nəticədə “Gilan Holding”-in “Kənd təsərrüfatı portfeli” müştərilər üçün ən cəlbedici stendə görə, “Gündəlik tələbat məhsulları portfeli” isə ən yaxşı məhsul təqdimatına görə sərgilərin təşkilatçısı tərəfindən xüsusi təşəkkürnamələr ilə təltif ediliblər.
Sərgilərdə “Gilan Holding” həm daxili stend, həm də açıq havada olan pavilyonla təmsil olunub. WorldFood Azerbaijan sərgisində “Gilan Holding”-in istehsal etdiyi “Jalə” şirələri, “Bağdan” kompotları, mürəbbələri, konservləşdirilmiş məhsulları, “Mia” limonadları, “ImTea” soyuq çayı, “Chipsim Impuls” kartof çipsləri və digər məhsullar nümayiş etdirilib. CaspianAgro sərgisində “Gilan Holding”-in istehsalı olan meyvə-tərəvəz, fındıq, çay, xam pambıq və pambıq məhsulları, canlı böyük baş heyvanlar, ət, süd, mal və quş yemi və digər kənd təsərrüfatı məhsulları sərgilənib.
Həmçinin CaspianAgro sərgisində “Gilan Holding”-ə daxil olan “Gilan Pivot” MMC və “Aqrokimya Azərbaycan” MMC-nin “DoctorAgro” ticarət nişanı iştirak ediblər. “Gilan Pivot” və “DoctorAgro”-nun stendlərində ziyarətçilər Azərbaycanda istehsal olunan pestisidlərin müxtəlif növləri və müasir pivot suvarma sistemləri ilə tanış olub, onlar haqqında ətraflı məlumat alıblar.
Oxşar yazılar
“Azərsun Holdinq” ən yaxşı idarə olunan şirkətlərdən olub
7 iyun 2025 , 16:35
“Azərsun Holdinq” Qurban bayramında minlərlə ailəyə bayram sovqatı hədiyyə edib
6 iyun 2025 , 13:28
Birbank Bahar lotereyasının qalibləri bəlli oldu
5 iyun 2025 , 18:08
Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
5 iyun 2025 , 17:51
Azərbaycandakı boyalı SAXTA ÇAYLAR – Onları belə tanıyın – ARAŞDIRMA
5 iyun 2025 , 17:32Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub
5 iyun 2025 , 15:49
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır
5 iyun 2025 , 11:53