Dünyanın ən hündür  dəmiryolu körpüsü açıldı
07 iyun 2025 10:05 (UTC +04:00)

Dünyanın ən hündür dəmiryolu körpüsü açıldı

Hindistanın baş naziri Narendra Modi Kəşmirin dağlıq vadisində inşa edilən dünyanın ən hündür dəmir yolu körpüsünün - Çenab körpüsünün açılışını edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Çənab çayı üzərindəki körpünün tikintisi bir neçə onilliklər çəkib. Onun tağlı quruluşu çaydan 359 metr hündürlükdədir ki, bu da Eyfel qülləsindən 29 metr yüksəkdir. Körpünün uzunluğu 1315 metrdir və layihənin dəyəri 160 milyon dolları ötüb. Bu, Kəşmiri Hindistanın qalan hissəsi ilə birləşdirən ilk dəmir yolu marşrutunun bir hissəsidir.

Səfər zamanı Modi həmçinin regionun mühüm şəhərlərini ölkənin digər hissələri ilə birləşdirən Udhampur-Srinaqar-Baramulla dəmir yolu xəttinin açılışını edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar