<font color=red>&#174; </font>“Nar” yenilənmiş “Ailəm” paketini təqdim etdi
18 avqust 2016 17:32 (UTC +04:00)

® “Nar” yenilənmiş “Ailəm” paketini təqdim etdi

0

“Ailəm” paketinə yeni qoşulmuş nömrələr arasında danışıq pulsuz oldu

 

“Nar” öz müştərilərinə yenilənmiş “Ailəm” paketini təqdim etdi. “Nar” istifadəçilərinə doğmaları və yaxınları ilə pulsuz danışmaq fürsəti verən “Ailəm” paketi 4 nömrədən ibarətdir. Paketə daxil olan nömrələr arasında zənglər 3 ay müddətində pulsuzdur. Dördüncü aydan etibarən, bu zənglərin dəqiqəsi 1 qəpik olaraq hesablanır. Paket daxilində ölkədaxili bütün istiqamətlərə zənglərin dəqiqəsi 4 qəpikdir. Bundan başqa, “Ailəm” paketinə qoşulduqda, istənilən “Turbo” internet paketini sifariş etmək mümkündür.

 

Qeyd edək ki, 4 “Nar” nömrədən ibarət olan “Ailəm” paketinin dəyəri cəmi 6 AZN-dir. Həmçinin, paketə mövcud “Nar” abunəçiləri və mobil nömrələrin daşınması xidməti vasitəsilə “Nar”-a keçmiş digər operatorların abunəçiləri də qoşula bilərlər. Nömrələrini 1 paket daxilində birləşdirmək istəyən 4 “Nar” abunəçisinin şəxsiyyət vəsiqələri ilə birlikdə “Nar” mərkəzlərindən birinə müraciət etmələri kifayətdir.

 

“Ailəm” paketi haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək mümkündür.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 496

Oxşar yazılar