32 dövlət müəssisəsi hərraca çıxarılıb
22 avqust 2016 12:59 (UTC +04:00)

32 dövlət müəssisəsi hərraca çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən böyük özəlləşdirmə prosesində 20 avqust 2016-cı il tarixində növbəti hərraclar elan edilib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, budəfəki hərraclarda 25 səhmdar cəmiyyətinin 30%-lik səhm paketləri, 32 kiçik dövlət müəssisə və obyekti, 16 nəqliyyat vasitəsi özəlləşdirməyə çıxarılıb. Hərraclar barədə məlumatlar komitənin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində və Özəlləşdirmə Portalında yerləşdirilib: “İstənilən vətəndaş hərrac elanına baxdıqdan sonra hərraca çıxarılan dövlət əmlakı ilə bağlı Özəlləşdirmə Portalında müvafiq bölmələrdə yerləşdirilmiş məlumatlar ilə ətraflı tanış ola bilər. Portalda müəssisələrin, əmlakların və nəqliyyat vasitələrinin mövcud vəziyyətini əks etdirən fotolar və mətn məlumatları əksini tapıb”.

 

Xatırladaq ki, komitə bu tədbirləri Azərbaycan Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyul 2016-cı il tarixli fərmanına və bu sahədəki digər tapşırıqlarına əsasən həyata keçirir.

 

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin fəaliyyət profili iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən aqrar, sənaye, inşaat, xidmət, nəqliyyat sahələrinə aiddir. Bu  müəssisələr respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir, hər bir səhmdar cəmiyyəti barədə ətraflı məlumatla aşağıdakı linkdə tanış olmaq olar:

 

http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/mue-ssis-l-r/uemumi-siyah

 

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti Bakının Sabunçu, Xəzər və Qaradağ rayonlarında yerləşir. Eyni zamanda, Abşeron, Sumqayıt, Mingəçevir və Şəkidə yerləşən obyektlər də budəfəki hərraclarda özəlləşməyə çıxarılıb. Kiçik dövlət müəssisə və obyektləri barədə müvafiq məlumatlarla aşağıdakı linkdə tanış olmaq mümkündür:

 

http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/kidzhik-doevlaet-muaessisae-vae-obyektlaeri

 

Komitə tərəfindən özəlləşdirməyə çıxarılan 16 nəqliyyat vasitəsi barədə foto və mətn məlumatları komitənin Özəlləşdirmə Portalında, Nəqliyyat vasitələri bölməsində yerləşdirilib. Hərracda iştirak etmək istəyən vətəndaş bu barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilər:

 

http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/naezhliyyat-vasitaelaeri

 

Hərraclarda iştirak hazırda daha rahatdır və komitə tərəfindən şəffaf hərraclar keçirilir. Hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş “açıq hərrac”larda gəlib iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir. Qarşıdakı dövrdə də çoxlu sayda dövlət əmlaklarının mərhələli şəkildə özəlləşdirməyə çıxarılması davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

APA Baycan

Oxşar yazılar