® Unibank səhmlərinin Bakı Fond Birjasında yerləşdiriləcəyi tarix açıqlanıb
02 avqust 2022 15:01 (UTC +04:00)

®Unibank səhmlərinin Bakı Fond Birjasında yerləşdiriləcəyi tarix açıqlanıb

Unibank səhmlərinə abunə yazılışı prosesi emissiya prospektinin tələblərinə uyğun başa çatdığı üçün səhmlərin Bakı Fond Birjasında yerləşdirilmə tarixi elan edilib. Bu barədə Bankın açıqlamasında deyilir ki, “Unibank Kommersiya Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 29 aprel 2022-ci il tarixli qərarına əsasən, hər birinin nominal dəyəri 2,72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz səhmlər Azərbaycan Respublikası Mərkəzi Bankının 20 iyul 2022-ci il tarixli məktubu ilə dövlət qeydiyyatına alınıb.

21 iyulda səhmlərə abunə yazılışı başlayıb və Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 11 milyon 900 min manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

21 iyul 2022-ci il tarixdən başlanılmış abunə yazılışı üzrə səhmlərin ümumi dəyərini təşkil edən 11 900 000,00 manat məbləğ 1 avqust 2022-ci il tarixdə tamamlanıb. Bu səbəbdən, səhmlərə abunə yazılışının emissiya prospektinin tələblərinə uyğun olaraq 1 avqust 2022-ci il tarixdən etibarən başa çatdığı elan edilir.

Səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə 4 avqust 2022-ci il tarixində başlanılacaq. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Qeyd edək ki, səhmlərin yerləşdirilməsi başa çatdıqdan sonra "Unibank"ın nizamnamə kapitalı 130 milyon 686 min manatdan 142 milyon 586 min manata yüksələcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1224
avatar

Oxşar yazılar