"Səyyar qəbul otağı" Goranboyun Boluslu kəndində quruldu
12 oktyabr 2023 18:41 (UTC +04:00)

"Səyyar qəbul otağı" Goranboyun Boluslu kəndində quruldu

"Goranboy rayonunun Eyvazlılar kəndində yeni yaşayış massivində yaşayırıq. 8 fərdi yaşayış evi qaz xəttindən 480 metr məsafədə yerləşir. Sizdən xahiş edirik ki, genişlənən ərazinin küçə qaz xəttinin çəkilişində bizə köməklik edəsiniz".

Lent.az xəbər verir ki, bu sözləri kənd sakini Rauf Qasımov Goranboy rayonunun Boluslu kəndində vətəndaşlarla keçirilən görüş zamanı bildirib.

"Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüşə sözügedən massivdən üz tutan digər vətəndaşların da müraciəti eyniyönümlü olub. Şəhid ailəsinin üzvü Güleyşə Əliyeva isə Goranboy rayonunun Hacallı kəndində fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib.

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional qaz istismarı İdarəsinin rəisi Birlik tərəfindən hər zaman qazı və şəhid ailələrinin müraciətlərinə xüsusi həssaslıqla yanaşıldığını qeyd edərək müvafiq sənədlər təqdim edildikdən sonra bu müraciətin də təmin ediləcəyini diqqətə çatdırıb. Aksiya zamanı səsləndirilən bütün suallarla bağlı vətəndaşlara lazımi izahatlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2682
avatar

Fidan İlqar

Oxşar yazılar