Sentyabrın 16-da Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.
Bankdan Lent.az-a verilən məlumata görə, iclas zamanı cari ilin sentyabr ayında düşmən təxribatı nəticəsində döyüşlərdə şəhid olmuş hərbçilərimizin banklara olan bütün növ kredit öhdəliklərinin və onlara hesablanmış faizlərin ABA üzvlərinin təşəbbüsü ilə tam həcmdə silinməsi məsələsi müzakirə edilərək yekdilliklə təsdiq edilib.