Sahibkarlarla növbəti görüş Lənkəranda  keçiriləcək
25 oktyabr 2022 09:47 (UTC +04:00)

Sahibkarlarla növbəti görüş Lənkəranda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Mərkəzində (Şirəli Axundov küçəsi) baş tutacaq.

“Səyyar qəbul otağı” oktyabrın 27-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1434
avatar

Oxşar yazılar