Sabah Bakının iki rayonunda qaz kəsiləcək
28 avqust 2024 18:47 (UTC +04:00)

Sabah Bakının iki rayonunda qaz kəsiləcək

Sabah Bakının Sabunçu və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Lent.az-a verilən məlumata görə, "Ramana" ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədilə avqustun 28-də saat 15:55-dən etibarən qaz təchizatı dayandırılıb.

Təmir-bərpa işləri ilə əlaqədar Sabunçu rayonunun Ramana qəsəbəsinin, Yeni Ramana qəsəbəsinin D.Bünyadzadə, H.Z.Tağıyev, Deputat, Yeni Zaman küçələrinin tam olaraq, Sabunçu qəsəbəsinin bir hissəsinin və Suraxanı rayonu ərazisində Deputatski küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2418
avatar

Oxşar yazılar