Rusiyanın  neft gəlirləri   çökdü
11 avqust 2022 17:52 (UTC +04:00)

Rusiyanın neft gəlirləri çökdü

Rusiya neftinin ixracı iyulda gündəlik 115 min barel azalaraq 7,4 milyon barelə düşüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, ölkənin xammal satışından əldə etdiyi gəlir iki milyard dollar azalaraq 21 milyard dollardan 19 milyard dollara düşüb.

Ukraynada xüsusi əməliyyat başlayandan bəri Rusiyadan ABŞ, Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Yaponiya və Cənubi Koreyaya neft tədarükü gündə 2,2 milyon barel azalıb, lakin bu həcmlərin üçdə ikisi artıq başqa bazarlara - Hindistan, Çin və Türkiyəyə yönəldilib.

İyulda Rusiyanın xam neft hasilatı Ukraynada münaqişə başlamazdan əvvəl müşahidə olunan hasilat səviyyəsindən gündəlik 310 min barel aşağı olub.

IEA-nın məlumatına görə, Rusiya gündə bir milyon barel neft məhsulları və 1,3 milyon barel neft satmaq üçün yeni bazarlar tapmalı olacaq. Ümumilikdə, qlobal neft hasilatı pandemiyanın başlanğıcından bəri maksimuma çatıb - sutkada 100,5 milyon barelə.

Ekspertlər hesab edirlər ki, ilin ikinci yarısında bazarda neft təklifi sutkada milyon barel artacaq. Onlar bu il üçün tələbin təxmini 380,000 barel artırıblar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1887
avatar

Oxşar yazılar