ABŞ-ın Maliyyə Nazirliyi dərc etdiyi məruzədə son 100 gün ərzində Rusiyanın 330 milyard dollar aktivinin dondurduğunu bəyan edib.
Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, pulun 300 milyardı Rusiya Mərkəzi Bankının aktivləridir. Bundan başqa, Rusiyanın digər iqtisadi resursları və maliyyə hesabları da dondurulub.
Məruzədə həbs qoyulanlar arasında Rusiya oliqarxlarına aid yaxta və daşınmaz əmlaklar da yer alıb.