SOCAR "Azəriqaz" İB-nin növbəti "Səyyar qəbul otağı" Şamaxı rayonunda təşkil olunub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Açıq mikrofon" aksiyasında əvvəlcə Ağsu RQİİ-nin rəisi ilə Birliyin Abonent bazasına xidmət şöbəsinin rəis müavini çıxış edərək adıçəkilən layihənin məqsədini sahibkarlara izah ediblər.
Daha sonra mikrofon sahibkarların ixtiyarına verilib. Aksiyaya qatılan 10-a yaxın sahibkardan ikisi qaz təchizatında hər hansı bir problemlə üzləşmədikləri üçün ölkə başçısına, eləcə də SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Digər sahibkarların müraciətlərinə gəlincə, bunlar debitor borca görə səhvən edilmiş ödənişin araşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi, obyektə qazın verilişinin təmin edilməsi və abonent məlumatlarında dəyişikliyin edilməsi kimi məsələlərdən ibarət olub. "Səyyar qəbul otağı"nda sahibkarlarla yanaşı, sakinlərin də müraciətləri dinlənilib. Ağsu RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.