Olimpiya çempionları "Azercell"in qonağı oldular
22 avqust 2024 10:04 (UTC +04:00)

Olimpiya çempionları "Azercell"in qonağı oldular

Avqust ayının 21-də Azercell-in prezidenti Zərinə Zeynalova Paris Olimpiya Oyunlarında Azərbaycana qızıl medallar qazandıran cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev ilə görüşdü. Görüş Cüdo Federasiyasının və Azercell-in nümayəndə heyətinin iştirakı ilə baş tutdu. 

“Azərbaycan yığmasının hər bir çıxışını böyük həyəcanla izləyirdik. Olimpiya Oyunlarının nəticəsi cüdoçularımızın zəhmət və əzmkarlığının bariz nümunəsi oldu. Bayrağımızı Parisdə zirvələrə qaldıraraq bu sevinc hissini bizə yaşatdığınız üçün sizə təşəkkürümüzü bildiririk. Sizinlə fəxr edirik”,- deyə Zərinə Zeynalova idmançıları təbrik etdi. 

Z. Zeynalova Azercell və Cüdo Federasiyasının əməkdaşlığı haqqında da danışdı: “Üç ilə yaxındır ki, şirkətimiz Azərbaycan Cüdo Federasiyasının məğrur tərəfdaşıdır. Cüdoçularımızın ardıcıl olaraq dünya miqyasında nüfuzlu çempionatlardan qalibiyyət ilə dönməsi bizi qürurlandırır. Sosial məsuliyyətli korporativ vətəndaş kimi bu əməkdaşlığın ölkəmizdə idmanın inkişafı ilə yanaşı, cəmiyyətin rifahının daha da yaxşılaşdırılması üçün faydalı olmasına çalışırıq. Federasiya ilə birgə səylərimiz nəticəsində “Qızlara ağ yaraşır”, “Söz verirəm” və “Doğru yol budur” adlı layihələri həyata keçirməklə ölkəmizdə qızlar arasında sağlam həyat tərzinin təbliği, erkən nikahların qarşısının alınması, uşaq hüquqlarının qorunması, narkomaniya ilə mübarizə kimi mühüm mövzuları gündəmə gətirməyə müvəffəq olmuşuq. Bu nəticələr tərəfdaşlığımızın məhsuldarlığını bir daha sübut edir”.

Görüş çərçivəsində Olimpiadanın super çempionları Azercell-in “SuperSən” tarif paketinə abunə oldular.  Daha sonra qəhrəmanlarımızın Azercell əməkdaşları ilə  görüşü baş tutdu.

Ölkənin lider mobil operatoru idmançılarımızı, Azərbaycan Cüdo Federasiyasını və bütün Azərbaycan xalqını bir daha  ürəkdən təbrik edir! Hidayət və Zelim, səsiniz daima ən uca zirvələrdən gəlsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Oxşar yazılar