Naftalan sakinləri “Açıq mikrofon”da müraciətlərini səsləndirdi
31 oktyabr 2022 19:58 (UTC +04:00)

Naftalan sakinləri “Açıq mikrofon”da müraciətlərini səsləndirdi

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası bu dəfə Naftalan sakinlərinin ixtiyarına verilib.

Lent.az xəbər verir ki, “Səyyar qəbul otağı”nda səslənən 6 müraciətdən 2-si operativ fəaliyyət və ünvanlarda qazın təzyiqinin normal olması baxımından təşəkkür tipli olub. Goranboy rayonu, Qızılhacılı kənd sakini Vidadi Eminov fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi və qapı keçidinin quraşdırılmasını xahiş edib. Görüşdə ünvanlanan müraciətlər Gəncə Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin araşdırılmasına qərar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Oxşar yazılar