Milli uşaq markası “Shokki Mokki”nin dəstəyi ilə həyata keçirilən “Məktəbim” layihəsi Bakıda və bölgələrdəki uşaqların məktəbəqədər təhsilə cəlb olunması işini davam etdirir. Bir neçə gün əvvəl Şirvan şəhərindəki “Məktəbim” fəaliyyətinin 2-ci ilini tamamlayıb.
Bu münasibətlə “Shokki Mokki” brendinin komandası Şirvan şəhərinə səfər edərək oradakı uşaq və müəllim kollektivi üçün maraqlı görüş təşkil edib.
Uşaqlar üçün təşkil olunan proqramda panda, klon, köpük və şar şousu onlara unudulmaz gün yaşadıb. Tədbirdə “Məktəbim” layihəsinin səfiri Firuzə Cəlilova da uşaqlarla birlikdə əylənib.
Tədbirin sonunda “Məktəbim” Şirvan kollektivi bu möhtəşəm əyləncə proqramına görə “Shokki Mokki” markasının rəhbərliyinə, UAFA-ya və “Məktəbim” layihəsinin yaradıcı heyətinə dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, “Məktəbim” Şirvan, 2022-ci il 1 Sentyabr tarixində fəaliyyətə başlayıb və hazırda burada 43 şagirdə təhsil alır. Rus bölməsində 19, Azərbaycan bölməsində isə 24 şagird var. Hər iki bölməyə həftədə 3 dəfə ingilis dili dərsi keçilir və şahmat dərsləri təşkil olunur.
“Məktəbim” layihəsi çəvçivəsində 70-dən çox xanımın və 1000-dən çox uşağın həyatına müsbət toxunuşlar olub və bu proses davam edir. Siz də marketlərdən “Shokki Mokki” məhsullarını əldə etməklə layihəyə dəstək ola bilərsiniz.