Maşın sığortasında YENİ QİYMƏTLƏR:  kimlərə ucuzlaşdı?
02 noyabr 2022 18:38 (UTC +04:00)

Maşın sığortasında YENİ QİYMƏTLƏR: kimlərə ucuzlaşdı?

Son 2 aydır ki, Azərbaycanda avtomobillərin icbari sığorta haqları artıb. Belə ki, əvvəl xırda mühərrikli avtomobillər üçün 50 manata olan ödəniş indi 120 manat olub. Bu isə 100 faizdən də çox artım deməkdir. Əksər sürücülər isə bahalaşmanın səbəbindən xəbərsizdir. Bəziləri isə qiymətlərin sığorta şirkətləri tərəfindən süni artırıldığını düşünürlər.

Avtomobil eksperti Eldəniz Cəfərov Lent.az-a bildirib ki, artımlar yeni qaydalarla bağlıdır. Ekspert yeni qaydaları belə izah edib:

“100 faiz deməzdim, amma 30 faiz artımlar olub. Sığorta sahəsində yeni qaydalar tətbiq edilib. Mərkəzi Bank da bunu təsdiq edib. Artıq sığorta şirkətləri yeni qaydalar əsasında iş görürlər. Burada isə bir sıra əmsallar var. Avtomobiliniz köhnədirsə, yaşınız çoxdursa, Bakı və digər iri şəhərlərdə çoxdan yaşayırsınızsa, avtomobilin mühərriki çoxdursa sığortanın həcmi də artır. Qiymətlərin artması yeni qaydalar və əmsallarla bağlıdır.

Eldəniz Cəfərov

Həmçinin sığorta şirkətləri 2021-ci ildə zərərlə işlədiklərini bildiriblər. Onlar sığorta haqlarının az olması barədə Mərkəzi Banka şikayət ediblər. Nəticədə qərara alındı ki, sığorta haqları yenidən hesablansın. Düşünürəm ki, sığorta qiymətlərinin artması şirkətlərin gəlirlərinin artması üçündür”.

Məsələ ilə bağlı İcbari Sığortalar bürosunun icraçı direktoru Rəşad Əhmədovla əlaqə saxladıq. Direktor qiymət tənzimlənməsinin büronun deyil Mərkəzi Bankın səlahiyyətlərində olduğunu bildirdi.

Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev də Lent.az-a açıqlamasında bahalaşmanın yeni qaydalarlar bağlı olduğunu gətirib. O, həmçinin sığorta ödənişlərində bonus və malus sistemlərindən də danışıb:

Namiq Əliyev

“Sığorta qiymətlərində olan dəyişikliklər yeni qaydalara əsaslanır. Yeni qaydalarda bonus və malus sistemləri, sürülük stajı, iri yaxud xırda şəhərdə yaşanılması, avtomobilin mühərriki əsas götürülür”.

Qeyd üçün bildirək ki, bonus sistemi sığorta şirkətləri tərəfindən intizamlı müştərilərə tətbiq olunur. Həmin sürücülərdən növbəti il daah az sığorta haqqı tələb edilir. Malus sistemində isə əksinə. İl ərzində intizamsızlıq edən müştərilərdən nisbətən artıq ödəniş istənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6483
avatar

Mehman Nəbiyev

Oxşar yazılar