İnformatika üzrə növbəti qızıl və bürünc medallar!®
10 sentyabr 2022 15:06 (UTC +04:00)

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!®

Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilərimiz beynəlxalq olimpiadada yüksək nəticə əldə ediblər

28 avqust-3 sentyabr tarixlərində Rumıniyada keçirilən Yeniyetmələrin Balkan İnformatika Olimpiadasında (JBOI 2022) ölkənin aparıcı mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəklədiyi Azərbaycan komandası yüksək nəticə nümayiş etdirib. Bu beynəlxalq bilik yarışmasında ilk dəfə çıxış edən məktəblilərimiz 1 qızıl və 1 bürünc medal, əlavə olaraq 2 həvəsləndirici mükafat qazanıblar.

JBOI 2022 olimpiadasında qızıl medala Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Fuad Qarayev, bürünc medala isə “Ankara məktəbi” məktəb-lisey kompleksinin 9-cu sinif şagirdi Əli Əliyev sahibləniblər. Quba Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Fərid Tarıverdiyev və Fizika  riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Şahin Ələkbərli isə yarışmanın həvəsləndirici mükafatına layiq görülüblər.

Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq yarışlara hazırlıq prosesi  “Azercell Telekom”-un Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən istedadlı məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 10 gümüş, 25 bürünc olmaqla, ümumilikdə 37 medal qazanıblar. Azercell şirkəti Azərbaycanda təhsilin inkişafına və gənclərin potensialının üzə çıxarılmasına xidmət edən layihələri dəstəkləməkdə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1806
avatar

Oxşar yazılar