ABŞ-ın ən böyük avtomobil istehsalçılarından olan “Ford” Avropa iqtisadiyyatında gözlənilən inflyasiya səbəbilə Almaniyanın Köln şəhərində yerləşən fabrikində 3200 işçisini ixtisara salacağını bildirib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə artıq zavodun əməkdaşlarına məlumat verilib.
Hazırda Kölndəki avtomobil zavodunda 15000 işçi çalışır.
“Ford” elektriklə işləyən avtomobillərin istehsalını artıracağını bildirərək, ABŞ və Hindistandakı zavodlarından da minlərlə işçinin ixtisara salınacağını bəyan edib.