Bu rayonda qaz olmayacaq
09 oktyabr 2022 11:20 (UTC +04:00)

Bu rayonda qaz olmayacaq

Lənkəran rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Lənkəran” QPS-də qaz qızdırıcı sobanın giriş xətti üzərində quraşdırılmış siyirtmədə yaranmış qaz sızmasının ləğv edilməsi məqsədilə, 10.10.2022-ci il tarixdə saat 10:00-dan etibarən təmir işlərinin görülməsi  planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Lənkəran şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2919
avatar

Oxşar yazılar