İspaniyada qatarlarda gediş-gəliş pulsuz olacaq.
Lent.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Məlumata görə, İspaniya hakimiyyəti Avropada baş verən enerji böhranı və yüksək inflyasiya səbəbindən bu qərarı verib.
Beləliklə, 2022-ci il sentyabrın 1-dən Renfe Dəmiryolu nəqliyyatının bir çox qatarları ölkə əhalisi üçün ödənişsiz fəaliyyət göstərəcək.
Bundan əlavə, İspaniya hökuməti digər ictimai nəqliyyatların gediş haqlarını da 50 faiz azaldacağını vəd edib.