Bu dili bilən sözün əsl mənasında  pul qazanır:   İldə 263 min dollar...
03 avqust 2022 15:22 (UTC +04:00)

Bu dili bilən sözün əsl mənasında pul qazanır: İldə 263 min dollar...

Xarici dil öyrənmək həm sosial, həm də iş həyatında böyük üstünlüklər verir. Universiteti bitirdikdən sonra magistraturadan başqa bir və ya bir neçə xarici dil bilmək karyera imkanlarını artırır. İşəgötürənlər ən azı bir xarici dil bilən namizədləri ön plana çıxara bilərlər. 

Lent.az xarici mediaya istinadla bildirir ki, araşdırma nəticəsində ən çox pul qazanan xarici dillər müəyyənləşdirilib. 

1,5 milyondan çox iş elanını təhlil etdikdən sonra ən çox pul qazandıran xarici dillər sıralanıb.

Araşdırma nəticəsində məlum olub ki, ABŞ-ın Nyu-York şəhərində portuqal dilini bilənlər ildə orta hesabla 263.781 dollar qazanırlar.

“Forbes”in araşdırmasının nəticələrinə görə, yapon dili illik 97,452 dollarla ikinci yerdədir.
Üçüncü yeri 89 996 dollar orta əmək haqqı ilə alman dili  tutur.

Xarici dilin gəliri şəhərdən şəhərə fərqlidir. 

Araşdırmada digər böyük şəhərlərdə reytinqlər dəyişir.

Məsələn, Çikaqoda alman dilini bilənlər illik orta əmək haqqı 144,880 dollar olmaqla birinci yeri qazanırlar.

İkinci yerdə fransız dilini bilənlərdir (115 min 737 dollar), italyan dilini bilənlər isə 84 min 97 dollarla üçüncü yerdədir.

Bostonda 129.300 dollarla ən yaxşı maaşı alanlar Çikaqoda olduğu kimi almanca bilənlərdir.

İspan dilini bilənlər 98 min 090 dollarla ikinci, Mandarin (Çin) dilini bilənlər isə 57 min 787 dollarla üçüncü yerdədir.

ABŞ-ın bütün ştatları nəzərə alındıqda məlum olur ki, alman dili ən gəlirli xarici dildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2877
avatar

Oxşar yazılar