"Birbank"ın "10 001 hədiyyə" lotereyasının final tirajı yekunlaşdı: Mənzilin sahibi bəlli olub
28 dekabr 2023 14:23 (UTC +04:00)

"Birbank"ın "10 001 hədiyyə" lotereyasının final tirajı yekunlaşdı: Mənzilin sahibi bəlli olub

Xəbər verdiyimiz kimi ölkənin ilk rəqəmsal bankı Birbank-da 3 tirajdan ibarət "10 001 hədiyyə" lotereyası keçirilirdi. 27 dekabr tarixində lotereyanın final tirajı baş tutdu. Bu tirajda ümumilikdə 1 583 683 kart karta məxsus 30 519 156 şans iştirak edirdi. Canlı yayımda təsadüfi üsulla seçilən 3 335 kart 3-cü tirajın qalibi oldu. Bununla da “Xəzri Rezidens”də 2 otaqlı mənzil də daxil olmaqla, 10 001 hədiyyə öz sahibini tapdı.

Xatırladaq ki, son tirajda uduş fonduna 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 1 ədəd 10 000 AZN-lik pul mükafatı, 3 ədəd 2 000 AZN dəyərində səyahət paketi, "Umico Market"dən 500 AZN dəyərində 30 ədəd hədiyyə kuponu, 1 000 ədəd 10 "Umico" bonusu və 2 300 ədəd 5 AZN dəyərində keşbek daxil idi. Qaliblərin siyahısı: https://kbl.az/bblotqf

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, "1" yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14175
avatar

Oxşar yazılar