"Bazarstore" marketlər şəbəkəsi yeni filialını Cəbrayılda istifadəyə verdi!
04 oktyabr 2024 16:07 (UTC +04:00)

"Bazarstore" marketlər şəbəkəsi yeni filialını Cəbrayılda istifadəyə verdi!

Xidmət sahəsini artırmaqda davam edən Bazarstore yeni mağazasını işğaldan edilmiş Cəbrayılda açdı. Ümumi sahəsi 1000 m²-ə yaxın olan mağaza bol çeşid və sərfəli qiymət ilə müştərilərə xidmət edəcək. Artıq Cəbrayıla qayıdan yerli sakinlər, həmin ərazilərdə xidmət edən hərbçilərimiz, həmçinin işğaldan azad edilmiş torpaqların yenidən qurulmasında iştirak edən qurumların əməkdaşları Bazarstore-dan alış-veriş edə bilərlər.

Yüzə yaxın marketlə fəaliyyət göstərən Bazarstore qısa müddətdə bütün Qarabağda xidmət göstərməyi planlayır. Qeyd edək ki, mağaza Bazarstore-un Qarabağda sayca 2-ci mağazasıdır. Bundan öncə şəbəkənin Füzulidə mağazası istifadəyə verilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399
avatar

Oxşar yazılar