Su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar noyabrın 30-u saat 20:00-dan dekabrın 1-i səhər saatlarına qədər Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Bu barədə Lent.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.