Bakıda 10-dan çox  marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq
01 noyabr 2024 18:36 (UTC +04:00)

Bakıda 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq

COP 29 tədbirinin keçiriləcəyi ilk dörd gün ərzində Bakıda təxminən 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkətinin dayandırılması nəzərdə tutulub.

Lent.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

"Sabahdan hər bir marşrut haqqında məlumatları paylaşacağıq. Bu məlumatlarda hansı maşrutlar üzrə avtobusların hərəkətinin dayandırılacağı və altenativ marşrutlar göstəriləcək. Sadəcə indi bu böyük siyahını birdəfəlik paylaşıb çaşqınlıq yaratmaq istəmirik. Ona görə də bu məlumatları bir-bir paylaşmağa üstünlük veririk", - deyə A.Rzayev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528
avatar

Oxşar yazılar