“8 boyabr və Xocasən stansiyalarında aparılan sınaqlardan sonra nəticəyə uyğun olaraq digər stansiyalarda da bank kartı ilə ödənişi tətbiq ediləcək”.
Lent.az xəbər verir ki, bu sözləri Bakı Metropolitenin Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, il sonuna qədər bütün stansiyaların turniketlərinə kart ödənişi tətbiq ediləcək:
“İnsanların rahat gediş-gəlişi təmin etmək üçün kart ödənişi sərinişin axını az olan stansiyalara tətbiq edilib. 1 ay ərzində müşahidə aparılacaq daha sonra digər stansiyalara da tətbiq ediləcək”.
B.Məmmədov bildirib ki, bundan sonra Avtovağzal-Memar Əcəmi stansiyalarında qurlaşdırılacaq:
“8 noyabr, Xocasəndən sonra Avtovağzal- Memar Əcəmi stansiyalarında turniketlərə kartla ödəniş tətbiq ediləcək. İl sonuna qədər də bütün stansiyalarda reallaşdırılmış olacaq”.