® Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir
01 oktyabr 2022 09:34 (UTC +04:00)

®Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir

Azercell Eksklüziv mağazalarından iPhone 14 və ya iPhone 14 Pro əldə edən müştərilər 3 ay ərzində pulsuz 50GB mobil internet qazanacaqlar.

Lent.az xəbər verir ki, sentyabr ayının 30-dan etibarən ən yeni iPhone modelləri Azercell Eksklüziv mağazalarında təqdim olunur. Lider mobil operator Apple brendinin pərəstişkarlarını Azercell-in yüksəksürətli mobil internet xidmətlərindən yeni nəsil iPhone-larda yararlanmağa dəvət edir. Şirkət Azercell Eksklüziv mağazalarından iPhone 14 və ya iPhone 14 Pro smartfonlarını əldə edən bütün müştərilərə 3 ay müddətində 50GB həcmində ödənişsiz mobil internet hədiyyə edir.

Müasir texnologiyaları, istifadəçi rahatlığını və yüksək performansı bir araya gətirən yeni nəsil iPhone telefonlarının texniki xüsusiyyətləri və Azercell Eksklüziv mağazalarının ünvanları haqda ətraflı məlumat əldə etmək üçün https://www.azercell.com/az/personal/campaigns/devices/smartfonlar/iphone-14-pro-iphone-14-pro-max.html səhifəsinə keçid etməyiniz xahiş olunur.

Qeyd edək ki, “Azercell Telekom” MMC Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşıdır. Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı və rəqəmsal texnologiyaları onlar üçün daha əlçatan etməyi hədəfləyən Azercell, hər il ən qabaqcıl iPhone modellərini yerli bazarda təqdim edir.

# 1548
avatar

Oxşar yazılar