Arıçılıqda istifadə olunan avadanlıq və texnika “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”na daxil edilib.
Lent.az-ın xəbərinə görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.
Beləliklə, təməl pətək emalı avadanlığı dəsti, avtomatlaşdırılmış bal doldurma-qablaşdırma avadanlığı dəst, tam avtomatlaşdırılmış 20 və 48 çərçivəlik balsüzən aparatlar və arı ailələrinin daşınması üçün qoşqu güzəşt tətbiq ediləcək texnikaların siyahısına daxil edilib.