Amoled parlaq ekrana və 108MP kameraya sahib "HONOR 200 Lite" artıq satışda
07 iyun 2024 10:00 (UTC +04:00)

Amoled parlaq ekrana və 108MP kameraya sahib "HONOR 200 Lite" artıq satışda

Bu gün qlobal texnologiya brendi "HONOR", Azərbaycan bazarında yeni "HONOR 200 Lite" modelinin satışa çıxarıldığını elan edib.

Cəlbedici, üçlü kamera sistemi ilə təchiz edilmiş "HONOR 200 Lite"nin əsas kamerası, istifadəçilərə heyrətamiz portret çəkilişlərini həyata keçirməyə və müstəsna detallı şəkillər əldə etməyə kömək edir. Modul 108 MP-lik əsas kamera, 5 MP-lik genişbucaqlı və dərinlik kamerası və 2 MP-lik makro kameradan ibarətdir. "HONOR 200 Lite" müxtəlif işıqlandırma şəraitində yüksək performans göstərən 50 MP-lik ön kamera ilə təchiz edilib. 1x və 0.8x arasında avtomatik FOV keçidi edən "HONOR 200 Lite" istifadəçilərə heyrətamiz fon detalları ilə inanılmaz qrup selfiləri çəkməyə imkan yaradır.

6,7" "Eye-comfort" AMOLED, 90Hz yenilənmə tezlikli, 2000 nitlik HDR pik parlaqlığına sahib olan displeylə təchiz edilmiş "HONOR 200 Lite" istifadəçilərə immersiv baxış təcrübəsi təqdim edir. 3240 Hz diapazonunu əhatə edən risksiz PWM parlaqlıq tənzimlənməsi və "TÜV Rheinland Flicker-free" tərəfindən sertifikatlaşdırılıb.

Ultra nazik dizayna malik "HONOR 200 Lite" 6,78 mm qalınlığı və cəmi 166 q çəkisi olan yüngül korpusla təchiz olunub. "HONOR 200 Lite"nin davamlılığı beşulduzlu "SGS Drop Resistance for Overall Unit" sertifikatı ilə təsdiqlənmişdir ki, smartfon 1,65 m-ə qədər hündürlükdən təsadüfi düşmələrə qarşı hərtərəfli qorunur və istifadəçiləri əlavə rahatlıqla təmin edir.

"HONOR 200 Lite" 8 QB RAM və 256 QB daxili yaddaşla təchiz olunub və "MediaTek Dimensity" 6080 prosessoru üzərindən işləyir. Smartfon həmçinin HONOR RAM turbo texnologiyasına (8 GB+8 GB) malikdir ki, bu da fləş yaddaşının bir hissəsini RAM-a köçürməklə faylların yaddaşa yazılmasını optimallaşdırır.

4500 mAh batareya ilə 29 saat danışıq, 14 saat video oxutma və 16 saat brauzer istifadəsini dəstəkləməyə imkan verir. "HONOR 200 Lite" Android 14 üzərindən işləyir və "MagicOS 8.0" əməliyyat sistemini dəstəkləyərək, "Magic Capsule", "Magic Portal", "HONOR Global Favourites Space", "Shortcut" və "Paralel Space" kimi innovativ funksiyaları özündə birləşdirir.

Rəng, qiymət və mövcudluq

"HONOR 200 Lite" üç rəngdə mövcuddur, Ulduzlu Göy, Mavi Göl və Gecəyarısı Qara. İyunun 7-dən etibarən "HONOR 200 Lite" "İrşad", "Baku Electronics", "Kontakt Home", "Umico", "MG Store", "Soliton", "Optimal", "Smart Electronics" və "Digital Home" mağazalarından, 649,99 AZN təşkil edən sərfəli qiymətlə əldə edə bilərsiniz.

Daha ətraflı: https://www.honor.com/az/phones/honor-200-lite/

 






 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1545
avatar

Oxşar yazılar