“Alibaba”nın həmtəsisçisi  fermer   oldu
01 avqust 2023 16:11 (UTC +04:00)

“Alibaba”nın həmtəsisçisi fermer oldu

“Alibaba Group”un həmtəsisçisi, 58 yaşlı çinli milyarder Cek Ma yeni kənd təsərrüfatı texnologiyası şirkətinə sərmayə qoyub.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, “1.8 Meters Marine Technology” adlı balıqçılıq və kənd təsərrüfatı startapı iyulun 20-də Manın doğulduğu Xançjou şəhərində qeydə alınıb. “Alibaba”nın qərargahı da orada yerləşir.

Məlumata görə, Manın investisiya holdinqlərindən biri olan Hangzhou Dajingtou No. 22 Arts and Culture Co., startapda 10 faiz paya sahibdir. Jurnalistlər hesab ediblər ki, milyarderin belə bir addımı onun Çinin texnologiya sektorundan tədricən uzaqlaşmasının başqa elementidir.

2021-ci ilin oktyabr ayında Ma İspaniyada olub, burada kənd təsərrüfatı və ətraf mühit texnologiyaları üzrə təhsil alıb. O, kənd təsərrüfatı texnologiyalarını öyrənmək üçün Hollandiya, Yaponiya və Tailanda da səfər edib.

Bu ilin may ayından Cek Ma Tokio Universitetində dayanıqlı kənd təsərrüfatı və qida istehsalı üzrə qonaq professor kimi fəaliyyətə başlayıb.

Ma 2019-cu ildə “Alibaba”dan ayrılıb və o vaxtdan bəri layihələrini açıqlamayıb. Ayrılmaq qərarı iş adamının Çin hakimiyyətini tənqid etməsindən az sonra verilib. O zaman Pekin Manın “Ant IPO” şirkətinin fəaliyyətini dayandırıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1785
avatar

Oxşar yazılar