"Carçıoglu Group" Məhdud Məsuliyyətli Cəmiyyət və Rusiyanın "Tatspirtprom" dövlət şirkətinin birgə əməkdaşlığı ilə yaradılan "Rus Azeri Spirits” zavodunda tibbi spirt istehsalına başlanıb.
Azərbaycanın İqtisadiyyat Nazirliyindən Lent.az-a verilən məlumata görə, artıq istehsal olunan məhsulun ilk partiyası – 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb.
Qusar rayonunda yerləşən müəssisə gündə 20-25 min litr tibbi spirt istehsal etmək gücünə malikdir. İstehsal tamamilə yerli xammala əsaslanır.