9 ayda "ASAN Kommunal" və "ASAN xidmət" vətəndaşlara 294095 XİDMƏT GÖSTƏRİB
18 oktyabr 2023 16:55 (UTC +04:00)

9 ayda "ASAN Kommunal" və "ASAN xidmət" vətəndaşlara 294095 XİDMƏT GÖSTƏRİB

2023-cü ilin 9 ayı ərzində “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən vətəndaşlara 294095 xidmət göstərilib.

Lent.az xəbər verir ki, müştəri məmnuniyyətinin təmin olunması üçün xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir, qarşıya qoyulmuş prioritetlər həyata keçirilir.

Xidmətlərin göstərilməsində innovativ metodlar vətəndaşlara vaxtlarına və vəsaitlərinə qənaət etməyə imkan verir. “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz” İB tərəfindən xidməti pəncərələrdə 20 (iyirmi) növ xidmət göstərilir.

Məlumat üçün bildirək ki, ümumilikdə SOCAR “Azəriqaz” İB Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərkibində Bakı şəhərində fəaliyyət göstərən 3 "ASAN Kommunal" mərkəzlərində, Sumqayıt şəhəri və regionlarda isə 16 "ASAN xidmət" mərkəzlərində (Sumqayıt, Şamaxı, Kürdəmir, Gəncə, Masallı, İmişli, Sabirabad, Salyan, Tovuz, Mingəçevir, Ağcabədi, Bərdə, Quba, Şəki, Balakən və Qəbələ şəhərlərində) vətəndaşlara xidmət göstərir. Əsas məqsəd istehlakçılardan daxil olan müraciətlər əsasında qaz təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsi, yeni ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlara ən keyfiyyətli xidmətlər təklif etməkdən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2445
avatar

Fidan İlqar

Oxşar yazılar