2 dollarlıq əskinas: ABŞ-da  niyə bəyənmirlər,   biz onu niyə axtarırıq?
26 yanvar 2025 15:20 (UTC +04:00)

2 dollarlıq əskinas: ABŞ-da niyə bəyənmirlər, biz onu niyə axtarırıq?

İki dollarlıq əskinasla bağlı çoxlu sirlər və əfsanələr var.

Lent.az xarici KİV-ə istinadla bu əskinasın ABŞ-da niyə bəyənilmədiyini, lakin başqa ölkələrdə insanların niyə onu axtardığını izah edəcəyik.

İki dollarlıq əskinasın unikallığı nədir?

İki dollarlıq əskinas təqdim olunduğu gündən Amerika vətəndaşları və bankları arasında populyar olmayıb.

Bunun üçün çoxlu izahatlar var. Onlardan birinə görə, kassa aparatlarında bu əskinaslar üçün ayrıca yer olmayıb.

Başqa bir versiya budur ki, 2 dollar at yarışında standart mərc vasitəsi idi. 

Bir insanın çoxlu iki dollarlıq əskinasları olsaydı, o, oyunçu sayıla bilərdi.

Başqa bir versiyada deyilir ki, ABŞ-da səslərin alınmasına qadağa qoyulmazdan əvvəl səsvermənin qiyməti 2 dollar olub.

Ona görə də bir şəxsin əlində bu əskinasın olması onun səsini satması anlamına gələ bilər.

1966-cı ildə ABŞ Bankı iki dollarlıq əskinasların buraxılmasını dayandırıb.
Məhdud sayda 1976-cı ildə, digəri isə 1995-ci ildə buraxılıb. Bu zaman iki dollarlıq əskinaslar demək olar ki, yoxa çıxıb.

Nəticədə kolleksiyaçılar arasında çox məşhur olub. Köhnə əskinaslar və kiçik tirajla buraxılmış əskinaslar xüsusilə qiymətli hesab olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3462
avatar

Oxşar yazılar