“10X”  200.000, “5X”  100.000, “Qızıl”  25.000 manat qazandırdı®
08 avqust 2022 16:26 (UTC +04:00)

“10X” 200.000, “5X” 100.000, “Qızıl” 25.000 manat qazandırdı®

Ölkənin rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru “Azərlotereya” ASC böyük uduşların yeni qaliblərini təqdim edir. 

Bu dəfə şanslı qalib “10X” ani lotereyasının ilk böyük uduşuna sahib olan Bakı sakini Kifayət Vəliyevadır. İki lotereya bileti alıb 200.000 manat qazanan qalib mükafatı ehtiyacları üçün xərcləyəcəyini bildirib.

Qiyməti 10 AZN olan “10X” lotereyasının ümumi uduş fondu 68.545.840 manat, uduşlu biletlərin sayı 2.781.697 ədəddir. 

“5X” ani lotereyasında da böyük uduş qazanılıb. Gədəbəy sakini Elmir Nəbiyev Beyləqan rayonundan aldığı “5X” bileti ilə 100.000 manata sahib olub. Ara-sıra lotereya oyunlarında şansını sınayan qalib qazandığı böyük mükafata ev alacağını söyləyib. 

Qiyməti 5 AZN olan “5X” lotereyasının ümumi uduş fondu 33.500.000 manat, uduşlu biletlərin sayı 2.602.704 ədəddir.

“Qızıl” ani lotereyasının da böyük uduşu Zaqatala sakini Baxış Məmmədova nəsib olub. Aldığı bir biletlə 25.000 manat qazanıb. 
Qiyməti 1 AZN olan “Qızıl” lotereyasının ümumi uduş fondu 47.805.200 manat, uduşlu biletlərin sayı isə 17.093.735 ədəddir.

Qeyd edək ki, “Azərlotereya” ASC-nin digər ani lotereya biletlərində 200.000, 100.000, 50.000 və 25.000 manatlıq böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Ani lotereya biletlərini lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri və “Misli” məntəqələrindən əldə edə bilərsiniz. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2517
avatar

Oxşar yazılar