“İqtisadi böhranın ikinci dalğası gözlənilir”
– Köçəri müəllim, son zamanlar böhrandan sonra beynəlxalq arenada iqtisadi qüvvələr nisbətinin dəyişəcəyi, bir çox dövlətlərin öz makroiqtisadi siyasətlərinə yenidən baxacağı haqqında çoxlu proqnozlar səslənir. Necə düşünürsünüz, bu, nə dərəcədə realdır?
– Fikrimcə, bu, qaçılmazdır, böhran əvvəlcədən düzgün qurulmamış dünya maliyyə sistemini iflasa uğratdı, bu faktdır. İflasın bir neçə səbəbi var ki, onlardan da ən başlıcası bank sisteminin qeyri-effektivliyi və qeyri-funksionallığıdır. Banklar real sektorun inkişafı yolunda maliyyə aləti olmaq əvəzinə öz kapitallarını qiymətli kağızlarla spekulyasiyaya yönəltmişdi. Buna görə də iki reallıq yaranmışdı: birincisi – real sektorun zəif inkişafı nəticəsində əldə olunmuş dünya iqtisadiyyatının daha aşağı səviyyəsi və ikincisi – “sabun köpüyünün” spekulyativ şişirdilməsi nəticəsində nail olunmuş daha yüksək səviyyə. Birinci halda iqtisadi nəticələr daha realdır və risklərə daha az məruz qalır, onlara, necə deyərlər, əllə toxunmaq olar, ikinci halda isə nəticələr virtualdır və yalnız risklərdən ibarətdir. Lakin paradoks ondan ibarətdir ki, insanlar ikincinin ardınca gedib, öz rifah səviyyələrini “sabun köpüyünün” həcmilə ölçməyə üstünlük verdilər. Və buna görə də çoxları öz qazancı ilə deyil, kredit pulları hesabına yaşayırdı. Lakin hər bir oyunun başlanğıcı və sonu var. Sonda insanlar baş verənləri dərhal anlaya bilməyib, çaxnaşmaya düşdülər. Axı, pul son istehlak məhsulu olmayıb, yüksək iqtisadi planların gerçəkləşdirilməsi, insan həyatının maddi dəyərlərinin formalaşdırılması yolunda bir vasitədir. Mövcud maliyyə sistemi bir çox inkişaf etmiş ölkələrin milli valyutalarının əmtəəyə çevrilməsinə imkan vermişdi. Və bu əmtəə bir çox illər ərzində beynəlxalq iqtisadi məkanda yüksək tələbə malik olaraq, öz istehsalçılarına ağlasığmaz gəlirlər gətirib. Nə qədər ki, bu belədir, sivilizasiyanın inkişafı virtual olacaq, iqtisadi böhranlar isə sistemli xarakter daşıyacaq.
– Sizin fikrinizcə, böhrandan sonrakı dünyada iqtisadi model necə olmalıdır?
- Məncə, iqtisadi qüvvələrin düzümü artıq dəyişməyə başlayıb və makroiqtisadi proseslərin iştirakçısı olan insanlar da dəyişib. Hər bir dövlətin qarşısında iqtisadi baxımdan iki əsas vəzifə durur. Ən azı idxaldan asılı olmayaraq öz xalqını dolandırmaq, eləcə də qızıl-valyuta ehtiyatları toplamaq üçün yerli malları ixrac etmək imkanına malik olmaq üçün öz xammal, təbii və digər imkanlarından istifadə etməklə daxili və deməli xarici iqtisadi potensialını artırmaq və sadalananlar vasitəsilə dünya iqtisadi və siyasi arenasında yüksək reytinq qazanmaq.
Gəlin baxaq görək, birinci iki komponent (milli valyuta, təbii və yerli xammal) vasitəsilə üçüncünü necə qazanmaq olar? Sadə dillə desək, milli valyuta ölçü vahidi kimi ölkə daxilində mal və xidmət istehsalçıları və istehlakçıları arasında münasibətləri tənzimləmək üçün lazımdır. Bütün digər komponentlər – işçi qüvvəsi, texniki imkanlar, qanunvericilik bazası, banklar və digər maliyyə-kredit müəssisələri – bu vəzifənin gerçəkləşdirilməsi üçün alətdir. Sabit milli valyuta istənilən dövlətin iqtisadiyyatının inkişafında çox vacib şərtdir. Yalnız bir şərtlə. Milli valyutanın dəyərinin qiymətləndirilmə kriteriyası yerli iqtisadi tərkib hissələrdən çıxış edərək müəyyən olunmalıdır və buna görə də o, dəyəri süni şəkildə yaradılmış ajiotajlı tələbdən çıxış edərək müəyyən olunan dünya valyutasından bir qədər ucuz qiymətləndiriləcək. Real sektorun iqtisadi inkişaf səviyyəsi milli valyutanın məzənnəsini təyin edən bir barometridir. Milli valyuta isə bir qiymət ölçüsü olaraq, öz dəyərini daxili iqtisadi göstəricilər əsasında formalaşdırır. Dövlətin iqtisadi potensialı nə qədər yüksək olarsa, onun milli valyutası da o qədər dəyərli olar. İnkişafda olan dövlətin yerli məhsulları, inkişaf etmiş, digər dövlətdə istehsal olunan məhsullarla rəqabətdə davamsızdır, deməli onun milli valyutası da inkişaf etmiş dövlətin milli valyutasından zəif olmalıdır. Bu bazar iqtisadiyyatının prinsipləri əsasında formalaşan bir amildir. Bu halda yerli istehsalçılar tərəfindən istehsal olunan mal dünya bazarında dünya valyutasının sahibi olan ölkələrin ərazilərində istehsal olunan mallardan bir qədər ucuz olacaq (Çin bu vəziyyətdən çox bacarıqla istifadə edir və Çində belə sürətli iqtisadi artım əsasən bunun hesabına təmin olunur).
İkinci komponent – xammal ehtiyatları və təbii sərvətlərdir. Belə ki, bizim məqsədimiz öz inkişaf səviyyəmizi yüksəltmək və iqtisadiyyatımızı dünya iqtisadiyyatında ön mövqelərə çıxarmaqdır. Bunun üçün öz daxili iqtisadi və təbii ehtiyatlarımızdan istifadə etməklə milli valyutamızla aldığımız malları öz xammalımızdan istehsal etməliyik ki, onların xarici bazarda satılması hesabına qızıl-valyuta ehtiyatlarımızı artıraq. Qızıl-valyuta ehtiyatlarına gəldikdə isə, onların həcmi öz iqtisadiyyatımızı hər cür makroiqtisadi kataklizmlərdən sığortalayacaq qədər olmalıdır. Bu gün ən etibarlı təbii xammal ehtiyatlarının satışı hesabına xarici valyuta toplamağa ehtiyac yoxdur. Qazanılmış dünya valyutalarını isə iri iqtisadi, eləcə də infrastruktur layihələrinin həyata keçirilməsi hesabına iqtisadiyyatımızın inkişafına sərf etməliyik. Bu baxımdan Azərbaycan nümunə ola bilər, hətta qlobal maliyyə böhranı dövründə belə respublika iri sosial-iqtisadi və infrastruktur layihələrin icrası templərini azaltmadı.
– Bəs, qazanılmış dünya valyutasını necə xərcləmək lazımdır?
– Əlbəttə, qazanılmış dünya valyutası yalnız makroiqtisadi məkanda beynəlxalq ticarət əməliyyatları zamanı hesablaşma vahidi kimi xərclənməyə xidmət edir. Bu valyuta vasitəsilə dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatına onların ərazisində iri müasir texnologiyalar və xalq istehlakı malları istehsalçılarının böyük aktivlərini almaqla inteqrasiya etmək olar. Bu dünya valyutası heç bir halda daxili bazarda “gəzməməlidir”, əks halda o bütün daxili iqtisadi sistemi çökdürər (bir çox zəif inkişaf etmiş Afrika ölkələrində olduğu kimi). Bu valyuta yalnız milli valyutanın satıla bilmədiyi yerlərdə hesablaşma vahidi kimi nəzərdə tutulub. Bu cür iqtisadi siyasət sayəsində milli valyutanın nüfuzu artacaq və 5-10 ildən sonra dövlətin hüdudlarından kənara çıxaraq, tədricən regional valyutaya çevriləcək. Dünya valyutalarını daxili bazara nəzarətsiz buraxaraq, yerli istehsalçıları qeyri-iradi olaraq “özünün və daha kiminsə əvəzinə” işləməyə və bununla da fəaliyyəti ilə öz dövlətinə deyil, dünya valyutalarının sahiblərinə daha çox gəlir gətirməyə məcbur etmək olmaz.
- Köçəri müəllim, dünya iqtisadi böhranı ilə bağlı bir sualımız da var. Bəzi ekspertlərin fikrincə, artıq böhran sonuna doğru gedir. Sizin fikrinizcə, bu belədirmi?
– Böhran, maliyyə böhranı kimi başlamasına baxmayaraq, hazırda iqtisadiyyatın demək olar ki, bütün sektorlarını zədələyib. Təəssüflər olsun ki, inkişaf etmiş dövlətlər, başda ABŞ olmaqla, böhranla mübarizədə o qədər də düzgün yol seçmədilər. Nəticədə böhranın yaranması səbəblərinin əsasını təşkil edən beynəlxalq maliyyə sistemində ciddi islahatlar aparmaq əvəzinə, əsasən emissiya hesabına iqtisadiyyata küllü miqdarda maliyyə yatırmaqla, böhranın gələcəkdə daha da ağır keçməsinə şərait yaratdılar. Əlbəttə, iqtisadiyyata yatırılan trilyonlar bir çox göstəricilərin müsbətə doğru yönlənməsi təəssüratı yaradır. Amma iqtisadçılar bilir ki, bunlar hamısı hazırkı iqtisadi durumun keçid fazasıdır. Fikrimcə, 1976-cı ildə beynəlxalq iqtisadi məkanda bünövrəsi qoyulan və 1978-ci ildə ratifikasiya edilən dünya valyuta sistemi qloballaşmaqda olan dünyamızın iqtisadi inkişaf tempi ilə ayaqlaşa bilmədi. Daha dəqiq desək, dünya valyuta sisteminin əsas prinsiplərindən biri ondan ibarətdir ki, bu sistemin qüvvəyə minməsindən etibarən, beynəlxalq iqtisadi məkanda qızılın demonizasiyası qanunu qüvvəyə mindi. Bu isə dünya valyutalarının məzənnələrinin təyin olunmasında, bu valyutaların dəyərinin ölçü vahidi kimi, qızılın əsas götürülməsi faktorunu ləğv edərək, ayrı-ayrı dövlətlərə öz milli valyutasına, heç bir maddi dəyərlə əsaslanmayan, spekulyativ məzənnə təyin etməsinə imkan yaratdı.
SSRİ-nin dağılmasından sonra, Avropada inkişaf etmiş dövlətlərin vahid maliyyə zonasında birləşdiyi andan etibarən, dünya iqtisadiyyatında yeni və keyfiyyətcə əvvəlkindən fərqli bir dövr başlandı. Elə buna görə də beynəlxalq valyuta paritetinin bünövrəsi sayılan SDR standartları əsasında qurulan dünya valyuta sisteminə də obyektiv faktorları nəzərə almaqla yenidən baxılmalı idi. Lakin belə olmadı və yuxarıda qeyd edildiyi kimi, milli valyutaların “üzən” məzənnələrinin spekulyasiyası hesabına ayrı-ayrı dövlətlər sürətlə inkişaf etdi və əksinə, bu boşluqdan istifadə edə bilməyən dövlətlər isə idxaldan asılı qalaraq nisbətən zəiflədilər. Göründüyü kimi, iqtisadi böhranın səbəbini ipoteka sektorunda və ya qiymətli kağızlar bazarında deyil, dünya maliyyə sisteminin effektsizliyində axtarmaq lazımdır. O ki, qaldı proqnoza, mən hesab edirəm ki, 2010–cu ildə bizi daha bir sınaq gözləyir. Fikrimcə, 2010-cu ilin əvvəllərində iqtisadi böhranın ikinci dalğası gözlənilir. Özü də birinciyə nisbətən bu, daha güclü və dağıdıcı olacaq. Bu böhran əsasən inflyasiyanın sürətlə artması (hiperinflyasiya) ilə bağlıdır. Bu istiqamətdə bahalaşmalar əsasən, dünya valyutası sayılan valyutaların dəyərdən düşməsi ilə bağlı olacaq. Tələbat mallarının qiymətində daha çox artım olacaq ki, bu da daha çox real sektora təsir edə bilər. Enerji daşıyıcılarına gəldikdə isə, neftin bir bareli 2009-cu ilin axırına qədər təxminən 80-90 ABŞ dolları arasında olacaq, lakin 2010-cu ilin əvvəlindən qiymətin bir qədər enmə ehtimalı var.

1161